Sabirabad sakini həmkəndlisini qətlə yetirib

Sabirabad sakini həmkəndlisini qətlə yetirib
HADİSƏ
09:04 15.09.2025
227
Sabirabad rayonunda dəhşətli qətl hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Əliyev Rüstəm Mehman oğlu qətlə yetirilib. 

Məlumata görə, qətlə yetirilən şəxsin başı bədənindən ayrılıb.

Qətli törətməkdə şübhəli bilinən rayonun Moranlı kənd sakini, 1992-ci il təvəllüdlü Əli Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Qətlin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR