Sabirabad sakini Prezidentə müraciət etdi

Sabirabad sakini Prezidentə müraciət etdi
Bütün Xəbərlər
14:12 03.07.2015
6719

Sabirabad rayon Yenikənd kənd sakini Cəlilov Qanı Ərzulla oğlu Prezident İlham Əliyevə müraciət edib.

Sakin AZXEBER.COM-a mətktubunda yazıb: 

"Yazıb sizi məlum edirəm ki, dəfələrlə Sizə, Ədliyyə Nazirliyinə və müxtəlif orqanlara müraciətlər etməyimə baxmayaraq Şirvan Regional Ədliyyə Şöbəsinin rəisi Nizami Hüseynov və Sabirabad Rayon Quruzma bələdiyyəsinin sədri Nəcəf Allahverdiyev birləşərək mənə qarşı etdikləri hücumları səngimir.

Nizami Hüseyinov və Nəcəf Allahverdiyev Sabirabad rayon Məhkəməsində qaldırdıqları iddiada qeyd olunmuşdur ki, Yenikənd ərazisində mənim icarəmdə olan 30 ha torpaq sahəsini boşaldım. Sabirabad rayon məhkəməsinin icraçıları ,DTvəXK-nin işçiləri, Daşınmaz Əmlakın Yanında Dövlət Reysteri Xidmətinin Sabirabad rayon şöbəsinin işçiləri, Quruzma İcra Nümayəndəsinin rəhbərliyinin, iştirakı ilə həmin ərazini boşaltdım. 

Həmin boşaldılma haqqında Sabirabad rayon Məhkəməsinin çıxardığı qərarın surətini Sizə göndərirəm. Qonşu kəndin ərazisindən 10 ha torpaq sahəsi həmin bu nümayəndələrin iştirakı ilə mənimçün ayrıldı. Bələdiyyənin bu qərarını da şəxsən Nizami Hüseyinov özü qeydə aldı. Mən də başladım orada heyvan saxlamaq üçün müvəqqəti tikliliər tikməyə. 

Tikib yenicə qurtarmışdım ki, Nizami Hüseyinov məni çağıraraq dedi ki sənin bu qərəzli qonşun dayanmadan məndən yazır ki, Cavad Cəlilova qonşu kəndin ərazisindən də torpaq verməyə narazıyam. Odur ki, onun torpağı ordan da boşaldılmalıdır. Əks halda Nizami Hüseyinov öz vəzifəni itirə bilərsən. Nizami Hüseyinov da mənim qərəzli qonşuma söz verib ki, ondan yazmasın deyə Qanı Cəlilovu yaşadığı Sabirabad Rayonu ərazisindən çıxarmağıda öz öhdəsinə götürüb. 

Bu minvalla 4 ildir ki Nizami Hüseyinov qılıncını götürüb kecib mənə qarşı hücuma.Mən də bu vaxta qədər dövlətmizin “inanılmış” məmurundan özümü birtəhər qorusam da artıq Sabirabad rayon Məhkəməsinə də təsir edərək onu da mənə qarşı çıxararaq məcbur edir ki, mənim torpağım barədə verdiyi qərarı ləğv etdirir.

Deyir ki, Qanı Cəlilova sonradan verilmiş 10 ha torpaq sahəsinin və üzərində tikilmiş müvəqqəti tikliləri dartıb gətirərək 30 ha torpaq sahəsinin üzərinə daxil edərək yenidən qərar çıxarmalısan. Sabirabad rayon Məhkəməsi də bu məcburiyyətin qarşısında aciz qalaraq o da mənə qarşı haqq-nahaq əks qərarlar çıxarmaq məcburiyyətindədir ki, ancaq Nizami Hüseyinov və digərləri öz vəzifələrində qalsın. Mənim kimilər də necə olur olsun. Budur Sizin biz məzlum xalqı yerlərdə tapşırdığınız dövlətimizin məmurları? Deməli belə çıxır ki, bu dövlət yalnız özünə hörmət edib insan kimi yaşayanların yox quduzlaşmış Nizami Hüseynov kimilərin hüquqlarını daha yaxşı müdafiə edir. Kimdir Nizami Hüseynov? Kim ona belə bir səlahiyyətləri verib?

Odur ki mən Sizdən artıq dərəcədə xahiş edirəm ki mənim səsimə səs verin, mənə köməklik edin, mən bu harınlamış dövlət məmuru Nizami Hüseynovun vəzifəsinin qurbanı olmayım. Bizim də səsimizə səs verən tapılacaq"

OXŞAR XƏBƏRLƏR