Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu, Sabirabad rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olub. Saxlanılan AR CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Feyruz Əsədovdur.
Feyruz Əsədovun fevralın 20-də rayon sakini Fərhad Süleymanova məxsus aptekin işçilərinə hədə-qorxu gələrək pul tələb etməsi, istədiyinə nail olmadıqda oranın şüşlərini sındırması, oradan getdikdən sonra isə rayon sakini Sərdar Qasımova bıçaqla döş nahiyəsindən daxilə keçməyən xəsarət yetirməsi müəyyən edilib.
Faktla bağlı araşdırma başlanılıb.