Sabirabadda avtomobil arxa aşıb, xəsarət alanlar var

HADİSƏ
23:18 20.06.2021
475
Sabirabadda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report”un Aran bürosunun məlumatına görə, hadisə Kovlar kəndində qeydə alınıb. İlkin məlumata görə, avtomobilin arxa aşması zamanı iki nəfər xəsarət alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR