Sabirabadda əxlaqsızlıq yuvası aşkarlandı

Sabirabadda əxlaqsızlıq yuvası aşkarlandı
Bütün Xəbərlər
00:13 11.03.2014
1087
Sabirabad rayonunda kafelərin birində fahişəxana aşkarlanıb.

AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əxlaqsızlıq yuvası Sabirabad rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ifşa olunub.

Keçirilən əməliyyat zamanı Şəhriyar kəndinin ərazisindəki kafelərdə əxlaqsızlıq yuvaları təşkil etdikləri üçün kənd sakini Çingiz Əliyev və Saatlı rayon sakini Lalazar Mehdiyeva saxlanılıblar. Onların əxlaqsızlıq yuvasında bir neçə qadını fahişəliyə məcbur etdikləri, onların əməyi nəticəsində pul qazandıqları məlum olub.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR