Sabirabadda “İnsan alverinə və zorakılığa yox deyək!” aksiyası olacaq
GƏNCLİK
00:39 22.09.2011
2406
Aran iqtisadi rayonuna daxil olan 18 rayonun (şəhərin) gənclər və idman idarələrinin rəisləri, fəal gənclər “İnsan alverinə və zorakılığa yox deyək!” devizi altında keçirilən aksiyada bir araya gələcəklər. AGİN-dən AZXEBER.COM-a verilən məlumata görə, 23 sentyabr saat 12.00-da Sabirabadda yerləşən Gənclər evində baş tutacaq müşavirədə gənclər və idman nazirinin müavini İntiqam Babayev və DİN-in İnsan alverinə qarşı mübarizə idarəsinin məsul əməkdaşı və digər rəsmilər iştirak edəcəklər.