Sabiradda yol qəzası olub, xəsarət alan var

HADİSƏ
08:42 05.08.2021
327
Sabirabadda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM-un "Report"a istinadən verdiyi məlumatına görə, hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində Sabirabad şəhər sakini, 1959-cu il təvəllüdlü Şirəlizadə Asif Teymur oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

O, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR