Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncam əsasında Sabunçu qəsəbəsində yeni poliklinikanın tikintisi və onun lazımi avadanlıqla təchizatı üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sabunçu rayonu İcra Hakimiyyətinə iki milyon manat vəsait ayrılıb.