Sabunçu rayon Qaz İstismar İdarəsinin rəisi vətəndaşları "incidir" - ŞİKAYƏT

İQTİSADİYYAT
16:25 15.01.2014
14716

Mənim çalışdığım Sabunçu Qaz İstismar İdarəsinin rəisi vətəndaşların kim olduğunu bilmir. Buradakı vəzifə tutan şəxslərin hərəsi bir cür vətəndaşların cibinə girir. Şikayətə isə ümumiyyətlə baxan yoxdu.

Bu sözləri AZXEBER.COM-un elektron ünvanına göndərdiyi məktubda oxuculardan bir yazıb. Şikayətçinin sözlərinə görə, Sabunçu Qaz İstismar İdarəsində vətəndaşlardan evlərinə qaz xətti çəkdirmək üçün qeyri-qanuni pullar alınır.

Həmin məktubu bəzi redaktələrlə təqdim edirik:

“Burada bir işçi mövcud vəziyyətə etiraz ets,ə həmin gün işindən azad olunar. Sahə rəisləri hər işi pulla həll edir. Rəisin pul daşıyanları isə şikayətə gələnləri təhqir edib idarədən qovurlar. Burada vətəndaş pul vermədiyi halda əsl süründürməçiliyə baş vurulur və vətəndaş mövcud vəziyyətdən bezib əlini cibinə atır. Qaz istismar idarəsində hərənin özünün pul qazandığı bölmə var. Əgər vətəndaş sənədsiz evinə qaz çəkdirmək istəyirsə kupça almağa ehtiyyac yoxdur. Çünki kupça almadan da evinə qaz çəkdirə bilər. Bunun üçün isə Qaz istismar idarəsinin müvafiq sahə rəislərini görmək lazımdır. Bu məbləğ isə evin harda yerləşməsindən asılı olaraq dəyişir. Prestijli bir yerdədisə, o zaman qiymət də baha olur. 2000-8000 AZN arası dəyişir.

Qiymətlər hər işə görə fərqlidir. Əgər bina evinə vətəndaş mənzilinə iki qaz sayğacı qoymaq istəyirsə meterelogiya şöbəsinə 500-1000 AZN arası pul verməlidir. Əgər vətəndaşın evi həyət evidirsə və bura magistral qaz kəmərindən uzaqda tikilibsə sənədləri qaydasındadısa bu vaxt evi qazla təhciz etmək heç də çətin deyil təbii ki yenə də sahə rəislərini görmək lazımdı.

Burada işə girmək heç də şəffaF şəkildə həyata keçirilmir. Əgər pulun varsa istədiyin işdə işləyə bilərsən. Baxmayaraq, bu gün səhiyyə işçiləri, təhsil işçiləri dövlət qulluqçuları imtahanla vəzifəyə qəbul olunurlar, ancaq burada heç bir imtahandan keçmədən işləmək mümkündür. Bunun üçün isə sizin yaxşı maddi imkanınız olmalıdır.

İdarəni saymayıb iş vaxtı işdə tapılmayan işçilərdən isə ümumiyətlə danışmağa dəyməz.

Vətəndaşların şikayət etdikləri mövzular bir-iki ilə bitmir ki, bitmir. Sahə qaz işçiləri maddi imkanı yaxşı olan vətəndaşları müəyyən edib sayğac blombun qırıb onlardan külli miqdarda pul qopartmaq istəmələri isə tamam başqa bir mövzudur. Burada mühasibatlıq sistemində dövlət büdcəsi talanıb gedir. İdarənin büdcəsini yoxlayan isə yoxdur ki, yoxdur. Bu idarədə "Azəriqaz" əgər yoxlanışa başlasa, ciddi qanun pozuntuları korrupsiya şəbəkəsi və vətəndaşları necə incidilməsi ortaya çıxacaqdır.

AZXEBER.COM portalı olaraq sözügedən məktubla bağlı qarşı tərəfin münasibətini öyrənmək üçün Sabunçu Rayon Qaz İstismar İdarəsi ilə əlaqə saxladıq. İdarənin rəis müavini Səyid bəy sözügedən məktubda səslənən iddiaların yalan olduğunu söyləyib:

“Qaz çəkdirmək istəyən vətəndaşlar mənzilin sənədləri ilə Sabunçu Rayon Qaz İstismar İdarəsinə müraciət edirlər. Xəttin birləşmə nöqtəsindən sayğaca qədər, sayğacdan isə mənzildəki cihaza qədər olan uzunluq hesablanır və metrəsi 1 AZN-dən Beynəlxalq banka ödəniş edilir. Əgər 11 metrdisə 11 manat, 15 metrdisə 15 manat banka ödənilir və ödənişin çeki texniki istismar şöbəsinə təqdim olunur. Texniki istismar şöbəsi isə sənədlərlə birlikdə vətəndaşın evinə gedir və sayğac quraşdırılır. Sayğacın quraşdırılması bütün vətəndaşlar üçün pulsuzdur. Daha sonra təbii qazın satışı şöbəsi bunu qeydiyyata alır və abonentin sayğacı kompüterdə qeydiyyata alınır. Yəni bizim haqqımızda iddia olunun bütün bu fikirlər əsassızdır. Hansısa bir dəqiq abonentin şikayəti varsa və ya ondan kimsə qeyri-qanuni pul alıbsa o zaman bizə müraciət edə bilər. Biz bu məsələni araşdırarıq. Qalan iddialar isə tamamilə əsassızdır”.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR