Sabunçuda qadın qətlə yetirildi - Əri saxlanıldı

Sabunçuda qadın qətlə yetirildi - Əri saxlanıldı
SOSİAL
13:02 28.09.2026
203
Bakıda qadın öldürülüb.

Hadisə dünən saat 23 radələrində Sabunçu rayonu, Məmmədli qəsəbəsində baş verib.

48 yaşlı Soltanova Mədinə Hüseynqulu qızı yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törətməkdə onun həyat yoldaşı 64 yaşlı Rövşən Soltanov şübhəli bilinir. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
 
///Qafqazinfo
OXŞAR XƏBƏRLƏR