Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı məlumat yayılıb.
DİN-in Mətbuat Xidmətindən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, məlumat əsassızdır.
"Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiyadır”, - açıqlamada vurğulanıb.











































