Müasir dövrdə həm qadınları, həm də kişiləri ən çox narahat edən problemlərdən biri də saç tökülməsidir. Getdikcə daha çox insan keçəlləşmə, seyrək saçlar, kəpək, yağlı, ya da əksinə, quru baş dərisi və digər problemlərlə üzləşir. Normada gün ərzində insan saçı 100-ə yaxın tük itirir. Daha çox itirərsə bu saçların seyrəlməsinə gətirib çıxarır və nəticədə keçəlləşmə prosesi baş verir.
Saç əkdirməyin insan orqanizmi üçün təhlükəsi varmı?
Saç tökülməsi başlanan zaman bəzi müalicə kursları ilə bunun qarşısını almaq mümkündür. Belə müalicə kurslarından biri də “P.R.P” və ya mezoterapiya kurslarıdır. P.R.P (platellite rich plasma) işləmində insanın qolundan qan alınır, həmin qan bəzi proseslərdən keçir, sonradan əldə olunan trombositlərdən həmin insanın saçının köklərinə vurulur. Bu da, saç köklərini nisbətən canlandırır. Bu da saçların nisbətən tökülməsinin qarşısını alır. Ümumiyyətlə müalicə kursları saç tökülməsinin qarşısını nisbətən alır, lakin tam olaraq saç tökülməsini dayandırmaq mümkün deyil. Bunun yeganə yolu saç əkdirməkdir.
Saç əkilməsinin insan orqanizminə heç bir mənfi təsiri yoxdur. Saç əkilməsi zamanı ənsə nahiyyədəki tüklərdən götürülür, dazlaşma gedən nahiyəyə əkilir. Saç əkimi başın arxa tərəfində güclü, müqavimətli olan və tökülməyən tüklərin keçəl hissəsinə əkilməsidir. Bunu keyitmə yolu ilə edirlər. Mikromotor yolu ilə başın arxa tərəfindəki tüklər alınır və həmin alətlə də keçəl hissəyə əkilir.
Saç əkdirmək üçün hara müraciət etmək olar?
Azərbaycanda saç əkdirilməsi ilə bağlı daha çox Türkiyədən dəvət olunan mütəxəssislərə müraciət edilir. Təbii ki, sözügedən mütəxəssislərin Bakıya gəlməsi və hansısa özəl klinikada xəstələri qəbul edib əməliyyatları aparması qiyməti daha da çoxaldır.
Türkiyədə 10 ildən artıq bir zamanda özəl tibb sahəsində öz sözünü deyən VİAS şirkəti Azərbaycanda saç əkdirmək istəyən şəxslərə sərfəli təkliflər irəli sürür. Belə ki, saç əkdirmək istəyən şəxsələrə Bakıdakından qat-qat ucuz bir qiymətə Türkiyənin bu sahədə ən peşəkar həkimləri tərəfindən saç əkiləcək.
Cəmisi 1399 manata sağlam saçlara qovuşacaqsınız. Qiymətə aşağıdakılar daxildir.
1) Bakı – İstanbul Təyyarə bileti
2) Havalimanından qarşılanma
3) Havalimanı – Otel – Havalimanı transferi
4) Şəhər mərkəzində 3 gecə 4 ulduzlu qonaqlama
5) Ilkin həkim müayinəsi
6) Limitsiz saç əkimi
7) Bütün şampun və lasyonların alınması
8) Əkilən saçlara ömür boyu böyümə qarantiyası
Bakıdakı tibb müəssəsələrindən qat-qat ucuz və peşəkar həkimlərin müşayiəti ilə siz sağlam saçlara məhz bizimlə qovuşa bilərsiniz.
VİAS Türkiyənin tanınmış tibb xidmətləri təklif edən brendidir.
Bizim əlaqə telefonlarımız:
Əlaqə:Tel:+90 212 603 62 45Fax: +90 212 603 62 46E-mail: [email protected]/* */https://www.facebook.com/Vias-Health-Tourism-448184288637178/timeline/