Şad xəbər! Azərbaycanda hava isinir

 Şad xəbər! Azərbaycanda hava isinir
Bütün Xəbərlər
10:52 25.04.2013
1390
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 6-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 20-25, bəzi yerlərdə 27 dərəcəyədək isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə gecə 9-14 dərəcə şaxta, gündüz 5-10, bəzi yerlərdə 15 dərəcəyədək isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR