Şad xəbər – Bu avtomobillər ucuzlaşacaq

SOSİAL
12:45 14.03.2023
2609
"İlin əvvəlindən avtomobil bazarında müəyyən dəyişikliklər müşahidə olunur”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında nəqliyyat üzrə ekspert Yasin Mustafayev deyib.

Eksperin sözlərinə görə, bəzi avtomobillərin qiymətlərində enmələr müşahidə olunur: "Biz qeyd etdik ki, artıq elektrik avtomobilləri ƏDV-dən azad edildi, daha sonra gömrük rüsumundan azad edildi. Bu yenilik zaman keçdikcə bu avtomobillərin qiymətlərinə müsbət mənada təsir göstərməyə başladı. Yəni qiymətlərdə azalma baş verdi. Daha öncədən gətirilən avtomobillərin də qiymətlərində artıq endirim etməyə başladılar. Onların bəziləri gömrük rüsumu etmişdi, əvvəl gələnlər Əlavə Dəyər Vergisi ödəmişdi. Qanun çıxandan sonra artıq qiymətlərdə enmələrin olduğunu müşahidə edirik. Həmçinin Çin avtomobillərində enmələrin daha çox olduğunu görürük. Rəqabətin, tələbin bu yöndə olduğuna görə, Çin elektrikli avtomobillərinə, hibrid avtomobillərinə tələbat çoxaldığı üçün bu istiqamətdə bir çox markaların burada dilerləri açılması cəhdləri var. Daha çox Çindən avtomobillərin gətirilməsi halları müşahidə olunur. Bu da təbii ki, rəqabət yaradır. Belə olduqda da, bu, qiymətlərin aşağı enməsi təsir göstərir”.

Ekspert, həmçinin qeyd edib ki, irihəcmli mühərrikli avtomobillərin qiymətlərində isə cüzi şəkildə artım müşahidə olunur:

"İrihəcmli mühərrikli avtomobillərin qiymətlərində isə cüzi şəkildə artımın olduğunu hiss edirik. Bu da təbii ki, normaldır. Çünki bunlara tətbiq edilən aksiz vergisi, gömrük rüsumları daha çox olduğu üçün bu sahədə tələbatın azalmasına səbəb olur. Qiymətlər də artdıqca tələbat da azalır. Bu da xoş bir haldır, çünki böyük mühərrikli avtomobillərin ekologiyaya vurduğu zərərlər daha çoxdur. Atmosferə daha çox zəhərli qazlar buraxırlar. Ona görə də, belə avtomobillərin ölkəyə gətirilməsin azalması, qiymətlərin artması müsbət tendensiyadır”.

"Elektrikli, hibrid və plug-in hibrid avtomobillərin qiymətlərinin getdikcə daha da aşağı düşəcəyi proqnozlaşdırılır. Çünki bu avtomobillərə ehtiyac çoxalır. İdxalçılar daha çox bu avtomobillərin gətirilməsinə üstünlük verirlər. Bu da tələbata görədir. Belə rəqabət də bu tip avtomobillərdə qiymətlərin aşağı düşməsinə səbəb olacaq”, - deyə ekspert əlavə edib.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir