Respublikanın ərazisində yaxın bir neçə günə proqnozlaşdırılan əlverişli hava şəraiti kənd təsərrüfatı bitkilərinin vegetasiyasını sürətləndirəcək. Torpağın şum qatında temperaturun 14-18 dərəcəyə yüksəlməsi səpilmiş çiyidin, qarğıdalının cücərməsinə müsbət təsir edəcək. Belə hava şəraiti əksər rayonlarda payızlıq dənli bitkilərin sünbülləmə mərhələsinin başlanması, bostan və tərəvəz bitkilərinin əkilməsi çoxillik otların inkişafı üçün əlverişli olacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin dəyişkən buludlu, gündüz arabir tutulacağı gözlənilir. Mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 7-12, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcəyədək isti olacağı gözlənilir.