Şadlıq evinin qarşısında sərxoş qadının qanını tökdülər - TƏFƏRRÜAT

Şadlıq evinin qarşısında sərxoş qadının qanını tökdülər -  TƏFƏRRÜAT
Bütün Xəbərlər
12:45 30.05.2013
1764

Bıçaqlanan 35 yaşlı qadın xəstəxanaya yerləşdirilib.

Bu gün Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. Şəhər Polis İdarəsindən "lent.az"-a verilən məlumata görə, saat 07:30 radələrində 2-ci mikrorayon ərazisində, “Nurlan” şadlıq evinin qarşısında 1978-ci il təvəllüdlü Dövlətova Tahirə Hidayət qızı bıçaqlanıb. Qadın aldığı 2 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Araşdırmalar nəticəsində məlum olub ki, hadisəni T.Dövlətovanın tanışı Rəsulov Ülvi Əlihüseyn oğlu törədib. O da məlum olub ki, hadisə vaxtı hər iki şəxs sərxoş vəziyyətdə olub. Belə ki, onlar gecə xeyli miqdarda spirtli içki qəbul ediblər. Hazırda fakt üzrə araşdırmalar davam etdirilir. Hadisənin səbəbi hələlik məlum deyil.

OXŞAR XƏBƏRLƏR