Şadlıq sarayının pilləkənlərindən yıxılan 36 yaşlı kişi öldü

Şadlıq sarayının pilləkənlərindən yıxılan 36 yaşlı kişi öldü
SOSİAL
10:38 03.10.2025
222
Bakının Nizami rayonunda yerləşən "Şərq” şadlıq sarayında bədbəxt hadisə baş verib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 1989-cu il təvəllüdlü paytaxt sakini Orxan Məhəmməd oğlu Qarayev Bəkir Çobanzadə küçəsində yerləşən şadlıq sarayının pilləkənlərindən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş O.Qarayev dünən xəstəxanada vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR