Şagird yerdəyişməsi ilə bağlı NARAZILIQ - VİDEO

Şagird yerdəyişməsi ilə bağlı NARAZILIQ - VİDEO
SOSİAL
23:21 10.09.2026
56
Şagird yerdəyişməsi üçün ilk müraciət edən valideynin sorğusu qəbul edilməsə də, növbədə ondan sonra olan şagirdin yerdəyişməsi təsdiqlənib.

Bu iddia ilə Nərmin Məmmədova "Xəzər Xəbər”ə müraciət edib.

Valideyn iddia edir ki, Qaraçuxur qəsəbəsi 318 saylı məktəbin 2 -ci sinfində təhsil alan övladının Yeni Günəşli qəsəbəsində yerləşən 275 nömrəli orta məktəbə yerdəyişməsi üçün elektron yerdəyişmə prosesinə müraciət edib. Əvvəlcə sinifdə boş yer olmadığı üçün müraciət edə bilməsə də, sonradan həmin məktəbin sinfindən 1 şagird çıxaraq başqa məktəbə gedib və elektron sistemdə 1 boş yer açılıb. Bu zaman valideyn övladının yerdəyişməsi üçün müraciət edib , lakin daha sonra gözləmədiyi hadisə ilə rastlaşıb.

Şikayətçi bildirir ki, yerdəyişmədə yaranan  problemlə bağlı məktəb rəhbərliyinə müraciət edib və ona ayın 10-na kimi gözləməsi, sorğuya təsdiq gələcəyi bildirilib. 

Məsələ ilə bağlı Bakı Şəhər üzrə Təhsil idarıəsindən "Xəzər Xəbər”ə bildirildi ki, vətəndaş 318 nömrəli tam orta məktəbdə təhsil alan övladı üçün 20 avqust  tarixində  275 nömrəli tam orta məktəbin 2b sinfinə növbəyə yazılıb. Həmin orta məktəbin 2d sinif şagirdinin də eyni tarixdə 2b sinfinə prioritetli növbəsi olub.  Məktəbdaxili yerdəyişmə növbəsi priortetli növbə olduğu üçün digər məktəbdən gələn şagirdin növbəsi sorğuya çevrilməyib.

OXŞAR XƏBƏRLƏR