Şagirdin bıçaqlanmasının təfərrüatları - Direktor müəllimləri “xərcə saldı”

Şagirdin bıçaqlanmasının təfərrüatları -  Direktor müəllimləri “xərcə saldı”
Bütün Xəbərlər
16:45 26.02.2016
4946
Bu gün Binə qəsəbəsində yerləşən 136 saylı R.M.Sadıqov adına orta məktəbdə baş vermiş bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub.
Hadisə şagirdlərin bir-birinin valideynlərini söyməsinə görə baş verib. Bildirilir ki, hadisəni törədən 8-ci sinif şagirdi İlkin bir neçə il öncə anasını itirib. Sinif yoldaşı Əli isə dünən aralarında yaranmış mübahisə zəminində İlkinə “ana söyüşü” söyüb. Bundan qəzəblənən İlkin bu gün dərsə gələn kimi söyüşə üç bıçaq zərbəsi ilə cavab verib.
Hadisədən sonra məktəbin idman müəllimi Mübariz tərəfindən Sabunçu rayon xəstəxanasında çatırılan Əli dərhal əməliyyat olunub.
Redaksiyaya daxil olan digər məlumata görə, ötən ilin sentyabrında 136 saylı məktəbə direktor təyin olunmuş Yaqut Paşa qızı Məmmədova baş vermiş hadisənin üstünü ört-bastır etmək, məsuliyyəti öz üzərindən atmaq üçün müxtəlif cəhdlər göstərir.
İlk növbədə cinayət işlətmiş şagirdə izahatında hadisənin sinif otağında deyil, məktəbin həyətində baş verdiyini yazması tapşırılıb.
Bundan başqa məktəbin direktorunun polisə rüşvət vermək adı ilə müəllimlərdən pul yığdığı da verilən məlumatlar sırasındadır. Əlavə olaraq bildirilir ki, xəbər yayılandan sonra məktəbə yollanan televiziya əməkdaşlarına çəkiliş aparmağa da icazə verilməyib.
Direktorun belə canfəşanlıq etməsinin səbəbinə gəlincə, bunu məktəbdə bir neçə dəfə buna bənzər hadisələrin törədilməsiylə əlaqələndirirlər.
///AzNews.az
OXŞAR XƏBƏRLƏR