Çində orta məktəbdə baş verən olay ölkədə səs-küyə səbəb olub.
AZXEBER.COM-un Xarici KİV-ə istinadən verdiyi xəbərə görə, orta məktəb müəllimi dəcəllik edən şagirdi sinifdən kənarlaşdırmaq istəyib. Bu zaman azyaşlı müəllimin üzərinə gedərək ona zərbələr endirməyə başlayıb. Digər şagirdlər də bundan istifadə edib müəllimin üstünə hücum çəkiblər.
Onlar əllərindəki dəyənəklər və stullarla müəllimə ağır bədən xəsarətləri yetiriblər.
Həmin görüntüləri təqdim edirik: