Şahbaz Xuduoğlu Bakıda kitab sərgisinə buraxılmadı: "Mən iki gündür, bu gərginliyi yaşayıram"

Şahbaz Xuduoğlu Bakıda kitab sərgisinə buraxılmadı: "Mən iki gündür, bu gərginliyi yaşayıram"
SOSİAL
14:04 01.10.2025
161
"Qanun" nəşriyyatı və "Əli və Nino" kitab şəbəkəsi bu gün açılışı keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etməyəcək.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Musavat.com-a açıqlama verib.
 
Onun sözlərinə görə, əvvəlcə nəşriyyata sərgi salonunun sonunda yer ayrıldığı bildirilsə də, son anda həmin yerlər başqa təşkilatlara verilib:
 
"Bu, təşkilatçıların qurduğu oyundur və iki gündür ki, mən bu gərginliyi yaşayıram. Keçən sərgidə bizdən yer haqqı üçün 13 min manat tələb olundu və nəticədə ziyanla çıxdıq. İndi isə keçənilki yerimizi də başqalarına veriblər. Əvvəlcə "Qanun"a salonun ən sonunda yer ayırmışdılar, "Əli və Nino"ya isə ümumiyyətlə yer ayrılmadı". Xuduoğlu bildirib ki, təşkilatçılarla aparılan danışıqlardan sonra əvvəlki yerlərinin bərpa ediləcəyi söz verilsə də, bu öhdəlik yerinə yetirilməyib: "Dünən gün ərzində məsul şəxslərlə beş-altı dəfə danışdıq. Bizə söz verdilər ki, narahat olmayaq, əvvəlki yerimiz geri qaytarılacaq.
 
Amma bu gün səhər işçilər kitabları yerləşdirməyə gedəndə onlara bildiriblər ki, həmin yer başqasına verilib. Əgər bizə şərait yaradılmırsa, sərgidə iştirak edə bilmiriksə, nə etməliyik? Buna görə də məcburən sərgi məkanını tərk edirik. Oxucularımızdan üzr istəyirəm və onlara daha sanballı tədbir təşkil edəcəyimə söz verirəm".
 
O qeyd edib ki, bu cür münasibət həm nəşriyyatlara, həm də oxuculara hörmətsizlikdir: "İldə bir dəfə ələ düşən fürsəti də əlimizdən alırlar. Halbuki kitab sektoruna ən böyük töhfələri biz vermişik. Axı hansı səbəbə görə bizi sərgidən kənarda qoyurlar? Biz illərdir Bakı Beynəlxalq Kitab Sərgisinə qatılır, yüzlərlə müəllifin kitabını təqdim edir, onlarla tədbir keçirir, minlərlə oxucu ilə görüşürük. Təəssüf ki, hər il təşkilatçılardan eyni aqressiyanı görürük".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bank Respublika” “Qızıl Seçim” lotereyasına start verdi
15:44 01.10.2025
“Bank Respublika” “Qızıl Seçim” lotereyasına start verdi
Bir ekosisteminin sponsorluğu ilə “INMerge” İnnovasiya Sammiti uğurla başa çatdı
15:36 01.10.2025
Bir ekosisteminin sponsorluğu ilə “INMerge” İnnovasiya Sammiti uğurla başa çatdı
“Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi birləşməlidir"
15:24 01.10.2025
“Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi birləşməlidir"
250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var
15:24 01.10.2025
250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var
Şahin Diniyev "Qarabağ" - "Kopenhagen" matçına proqnozunu açıqladı
15:11 01.10.2025
Şahin Diniyev "Qarabağ" - "Kopenhagen" matçına proqnozunu açıqladı
"Heydər Əliyev vaxtilə məni İtaliyaya səfir təyin edərkən demişdi ki..." - Elmar Məmmədyarov
15:07 01.10.2025
"Heydər Əliyev vaxtilə məni İtaliyaya səfir təyin edərkən demişdi ki..." - Elmar Məmmədyarov
Prezident və xanımı Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər - FOTOLAR
15:06 01.10.2025
Prezident və xanımı Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər - FOTOLAR
"Aytamart" supermarket Sumqayıtda 1 yaşını qeyd edir
15:03 01.10.2025
"Aytamart" supermarket Sumqayıtda 1 yaşını qeyd edir
Bakıda taksi fəaliyyəti ilə məşğul olanlara XƏBƏRDARLIQ
14:59 01.10.2025
Bakıda taksi fəaliyyəti ilə məşğul olanlara XƏBƏRDARLIQ
Kolleclərə yeni təyinatlar olub
14:55 01.10.2025
Kolleclərə yeni təyinatlar olub
Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub - FOTOLAR
14:48 01.10.2025
Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub - FOTOLAR
TRT-nin əməkdaşı Qəzza zolağında həlak oldu - MŞ başsağlığı verdi
14:19 01.10.2025
TRT-nin əməkdaşı Qəzza zolağında həlak oldu - MŞ başsağlığı verdi
Murad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - Fotolar
14:15 01.10.2025
Murad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - Fotolar
Şahbaz Xuduoğlu Bakıda kitab sərgisinə buraxılmadı: "Mən iki gündür, bu gərginliyi yaşayıram"
14:04 01.10.2025
Şahbaz Xuduoğlu Bakıda kitab sərgisinə buraxılmadı: "Mən iki gündür, bu gərginliyi yaşayıram"
Bu avtobuslarda qiymət qalxmadı - Hələ də 50 qəpikdir
14:02 01.10.2025
Bu avtobuslarda qiymət qalxmadı - Hələ də 50 qəpikdir
Sabah Azərbaycanda hava necə olacaq?
13:48 01.10.2025
Sabah Azərbaycanda hava necə olacaq?