Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, Şahbuz-Batabat magistralında "VAZ 21013" markalı avtomobilin aşması nəticəsində Şahbuzun Biçənək kənd sakini, 1950-ci il təvəllüdlü Əsli Cəlil qızı Cəlilova həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər, faktla bağlı araşdırma aparılır.











































