Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən əcnəbi jurnalistlərin saxlanması barədə məlumatları olmadığını bildiriblər. 39-cu bölmədən də APA-ya bildirilib ki, bölməyə heç kim gətirilməyib.
Qeyd edək ki, İctimai Palatanın bu gün “Sahil” bağına təyin etdiyi aksiya ilə əlaqədar yerli hüquq müdafiəçiləri və ATƏT nümayəndələri də ərazidə müşahidə aparırlar. Polisin təhlükəsizlik tədbirləri ilə əlaqədar bağın yaxınlığındakı Rəşid Behbudov küçəsində avtomobillərin hərəkətində problem yaranıb. Bundan başqa, “Sahil” metrostansiyasından çıxan vətəndaşlar “Sahil” bağına tərəf buraxılmır, digər istiqamətlərə yönəldilirlər.