Şahin Mustafayev Belaruslu həmkarı ilə görüşüb

Şahin Mustafayev Belaruslu həmkarı ilə görüşüb
Bütün Xəbərlər
19:00 21.11.2013
668

Görüşdə iki ölkə arasındakı iqtisadi əlaqələrin daha geniş qurulması və inkişaf etdirilməsi müzakirə edilib

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Belarusun Sənaye naziri Dmitri Kateriniç ilə görüşüb. AZXEBER.COM-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, görüşdə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib. Həmçinin, əlaqələrin genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin, keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb.Azərbaycan və Belarus arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdıran Belarus Respublikasının Sənaye naziri Dmitri Kateriniç Azərbaycanın dinamik iqtisadi inkişafından məmnunluğunu bildirib. Ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini deyən nazir, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb.Görüşdə Azərbaycan və Belarus arasındakı iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, Gəncə Avtomobil Zavodu ilə Belarusun Minsk Traktor Zavodu və Avtomobil Zavodu arasında əlaqələrin uğurla davam etdiyi və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə Sumqayıt Texnologiyalar Parkı ilə Belarusun adıçəkilən zavodları arasında kooperasiya əlaqələrinin qurulması və inkişaf etdirilməsi müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR