Şahin Seyidzadə Milli Şuranın yeni sədri oldu

Şahin Seyidzadə Milli Şuranın yeni sədri oldu
GƏNCLİK
16:00 30.06.2012
8360
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası XII hesabat-seçki qurultayını keçirib.Qurultayda çıxış edən gənclər və idman naziri Azad Rəhimov Şuranın müstəqil Azərbaycanda yeni gənclər platforması olduğunu deyib: “Şura 9 təşkilatın təşəbbüsü ilə yaradılsa da, hazırda 70-dən çox təşkilatı özündə birləşdirir. Şura gənclər siyasəti sahəsində ilk konfederativ təşkilatdır”. Hazırda Azərbaycanda 220-dən artıq gənclər təşkilatının olduğunu deyən A.Rəhimov bildirib ki, son illər ölkədə gənclər siyasəti sahəsində islahatlar baş verir: “Ölkədə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramı qəbul olunub, Azərbaycan Gənclər Fondu yaradılıb. Son illər müasir Azərbaycanda gedən proseslərdə gənclərin rolu böyüyür. Bu onun sübutudur ki, Azərbaycanın gələcəyi gənclərlə bağlıdır”. Tədbirdə çıxış edən Prezident Administrasiyası siyasi təhlil və informasiya şöbəsinin müdiri Elnur Aslanov ölkə gəncliyinin inkişafı kontekstində Milli Şuranı Azərbaycan gəncliyi üçün məktəb adlandırıb. O, qurumun rəhbərliyində təmsil olunan şəxslərin bu gün hökumət və dövlət qurumlarında, o cümlədən parlamentdə təmsil olunduqlarını qeyd edib: “Milli Şuraya ölkə başçısının dəstəyi olub və olacaqdır. İnanırıq ki, yeni seçilən heyət Milli Şurada aparılan bu işi davam etdirəcək. İkinci məqsəd Milli Şuranın üzvlərinin sayının artırılması və səmərəliliyinin yüksəldilməsidir”. Şuranın sədri Fuad Muradov bildirib ki, ötən müddət ərzində Şura təkcə Azərbaycanda deyil, Avropada da tanınan təşkilata çevrilib. O, Şuranın uğurlu fəaliyyətinə göstərdiyi dəstəyə görə ölkə prezidentinə, gənclər və idman nazirinə, kütləvi informasiya vasitələrinin nümayəndələrinə təşəkkür edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov isə çıxışında bu qurumda fəaliyyət göstərdiyi illərlə bağlı xatirələrini xatırlayıb. O deyib ki, Milli Şura postsovet ölkələri arasında bu istiqamətdə fəaliyyət göstərən ilk təşkilatlardan biri olub. Gənclər və idman nazirinin müavini İntiqam Babayev şuranın beynəlxalq əlaqələrinin inkişaf etdiyini, ölkə daxilində böyük təcrübəyə malik olduğunu söyləyib. Şuranın keçmiş sədri Əkrəm Abdullayev adıçəkilən qurumu gəncləri birləşdirən ev adlandırıb. Sonra sədrliyə namizədlər Mirhəsən Seyidov, Şahin Seyidzadə və səhhətində problem yaranan Gülsel Səfərovanın səlahiyyətli nümayəndəsi çıxış edib. Daha sonra Şuranın ötən dövr ərzində gördüyü işlər haqqında hesabat dinlənilib. Qurultayda Şuranın sədri, sədr müavinləri, İdarə Heyətinin və mərkəzi nəzarət təftiş komissiyasının üzvləri səsvermə yolu ilə seçilib. Milli Şuranın sədri vəzifəsinə Şahin Seyidzadə seçilib. Daha sonra yeni sədr çıxış edib və gələcək fəaliyyət istiqamətləri haqqında danışıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident sərəncam imzaladı
17:27 16.10.2026
Prezident sərəncam imzaladı
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
17:16 16.10.2026
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
17:12 16.10.2026
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
16:57 16.10.2026
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
16:46 16.10.2026
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər