Şahin Seyidzadə Strasburqda bir sıra görüşlər keçirib

GƏNCLİK
13:20 30.04.2013
1482

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri (ARGTMŞ) Şahin Seyidzadə Avropa Şurasının strukturalrı və beynəlxalq strukturlarının nümayəndələri ilə görüşlər keçirib.

Strasburq səfəri çərçivəsində ARGTMŞ-nın sədri Avropa Şurasının strukturu, Avropa Şurasının Parlament Assambleyasının fəaliyyəti ilə tanış olub, Avropa Şurasının Parlament Assambleyasının iclasında iştirak edib və Avropa Şurasının Parlament Assambleyasının Azərbaycandan olan deputatı Rafail Hüseynovla ilə görüş keçirib.

Strasburqda səfərdə olarkən, ARGTMŞ-nın sədri həmçinin “Youth Express Network” beynəlxalq təşkilatı, Avropa Gənclər Fondunun direktoru, Avropa Şurasının gənclər üzrə direktoratının təhsil və təlim proqramının direktoru, həmçinin Avropa Şurasının gənclər üzrə Məşvərət Şurasının rəhbəri ilə də görüşlər keçirib. Xatırladaq ki, 21 aprel 2013-cü il tarixində ARGTMŞ Avropa Şurasının Gənclər üzrə Məşvərət Şurasının 2014-2015 illər üzrə üzvü seçilib.

OXŞAR XƏBƏRLƏR