Şahmar İbadovun yerinə təyinat oldu

Şahmar İbadovun yerinə təyinat oldu
SOSİAL
15:25 23.11.2020
623

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının I müavini vəzifəsinə yeni təyinat olub.

AZXEBER.COM xəbər verir ki, onunla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, İradə Mahmudova icra başçısının I müavini təyin edilib.

İ.Mahmudova bu təyinata qədər Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsində çalışırdı.

Qeyd edək ki, bundan əvvəl icra başçısının I müavini vəzifəsini Şahmar İbadov tuturdu.

OXŞAR XƏBƏRLƏR