Şahmar Mövsümovun qardaşı bankdan 100 milyon kredit götürdü

Şahmar Mövsümovun qardaşı bankdan 100 milyon kredit götürdü
SOSİAL
01:46 08.09.2017
1675

"Bank Standard” Qapalı Səhmdar Cəmiyyəti Kreditorlar Komitəsinin bugünkü iclasında sensasiyalı informasiya səslənib.

AZXEBER.COM "Report”a istinadən xəbərinə görə, Azərbaycandakı dövlət fondlarından birinin rəhbərinin qardaşı ləvğetmə prosesində olan "Bank Standard" QSC-dən girovsuz olaraq 100 milyon manatdan çox kredit götürüb.

Bunu qurumun sədri, hüquqşünas Əkrəm Həsənov deyib. Bununla belə, Əkrəm Həsənov kimdən söhbət getdiyini dəqiqləşdirməyib.

Amma Virtualaz.org-un mənbələri bildiriblər ki, söhbət Azərbaycanın dövlət xadimi, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru (Vikipediya onu məhz belə təqdim edir) Şahmar Mövsümovun qardaşı - növbəti "kredit oliqarxı", biznesmen Şahin Mövsümovdan gedir.

OXŞAR XƏBƏRLƏR