“Şahmat haramdır, qumara təşfiq edir” - FƏTVA

DÜNYA
14:09 23.01.2016
3812

Səudiyyə Ərəbistanın baş müftüsü Şeyx Əbdüləziz əl-Şeyx şahmatla bağlı fətva verib. Fətva islam dininə uyğun olmadığı, zaman itkisi olduğu və qumara təşfiq etdiyi səbəbiylə şahmatın qadağan edilməsinin vacib olduğunu bildirilib.

Qeyd edək ki, İraqın ən əhəmiyyətli şiə din adamı Ayətullah Əli əl-Sistani də şahmatın qadağan edilməsinin vacib olduğunu söyləmişdi. Şahmat oyunu 1988-ə qədər İranda da “haram” olaraq qəbul edildiyi üçün qadağan edilmişdi. Ancaq daha sonralar İranın dini lideri Ayətullah Xomeyni qumar oyunu kimi istifadə edilmədiyi müddətcə şahmata icazə veriləcəyini söyləmişdi. Hətta İranın beynəlxalq turnirlərə qatılan milli şahmat federasiyası da var.

İngiltərənin “Guardian” qəzeti “Şahmata qadağa qoyulmaq üçün atılan addımlar təəccüblə qarşılanır. 7-ci əsrdə bu gün İranın olduğu torpaqları fəth edən müsəlmanlar şahmat oyununu mənimsəyib Avropaya qədər gətiriblər”, - deyə yazır.Cebhe.info xəbər verir ki, şahmatı “haram” və “vaxt itkisi” olaraq xarakterizə edən Səudiyyə Ərəbistanı baş müftüsü Şeyx Əbdüləziz əl-Şeyx “Bu oyun onu oynayanlar arasında düşmənçiliyə yol açır” deyib.

Qəzetin xəbərində müsəlman din adamlarının şansdan çox bacarığa əsaslanan bir oyun olduğu üçün şahmatın qumar sayılmadığını da xatırladılır.

BBC-yə danışan ingiltərəli şahmat çempionu Nigel Short Səudiyyə Ərəbistanının şahmata qadağan qoymasının “böyük bir faciə” olacağını bildirib və “Şahmatın cəmiyyət üçün bir təhdid olduğunu düşünmürəm. Ayətullah Xomeyni belə vaxtında şahmatı qadağan edərkən bunun düzgün olmadığını qəbul etmişdi”,- deyib.

OXŞAR XƏBƏRLƏR