Şahmat üzrə 16-cı dünya çempionu norveçli Maqnus Karlssen oldu.AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, 22 yaşlı Maqnus hindistanlı Vişvanatan Ananddan şahmat tacını alıb.Dünya tacını uğrunda keçirilən 12 partiyalıq oyunda Maqnus Anandı 6,5:3,5 hesabı ilə üstələyib. 10-cu görüşdə rəqiblərin heç-heçəsindən sonra yeni çempionun kimliyinə aydınlıq gəlib.Qeyd edək ki, Maqnus Karlssen uşaq yaşlarında 13-cü dünya çempionu, qrosmeyster Harri Kasparovdan şahmat dərsləri alıb.Şahmatda Kasparovun özünə və tələbəsi Vladimir Kramnikə qalib gəlməklə Rusiya Şahmat məktəbinin hegemonluğuna son qoyan Anand 43 yaşında dünya tacını Maqnusa uduzub.