Polis tərəfindən saxlanılan jurnalist Şahnaz Bəylərqızına ittiham irəli sürülüb.
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, şübhəli şəxs qismində saxlanılan jurnalistə qarşı Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi ilə ittiham irəli sürülüb.
Sabah onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılacaq.
18:40
"Toplum TV" işi üzrə daha bir nəfər saxlanılıb.
AZXEBER.COM xəbər verir ki, jurnalist Şahnaz Bəylərqızı saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən fakt təsdiqlənib.
Bildirilib ki, Şahnaz Hüseynova istintaq zərurəti ilə əlaqədar saxlanılıb və araşdırma aparılır.
Qeyd edək ki, ötən il Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
Akif Qurbanov, Ələsgər Məmmədli və daha bir neçə nəfər saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.