Şairəni maşınla vurub öldürən sürücü tutuldu

Şairəni maşınla vurub öldürən sürücü tutuldu
SOSİAL
10:27 23.02.2017
2028

 

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Xəbər verdiyimiz kimi, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisində baş verib. Xırdalan şəhər sakini, 1960-cı il təvəllüdlü Dəstəgül Əzəmət qızı Şəmiyeva Liman şəhəri ərazisində yolu keçmək istəyərkən maşın onu vurub.

D.Şəmiyeva ağır kəllə-beyin travması ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, Dəstəgül Zamanlı (Şəmiyeva) şairə olub. Sosial şəbəkədə dostlarının yaydığı məlumatda qeyd olunur ki, sürücü hadisə yerindən qaçıb.


OXŞAR XƏBƏRLƏR