Sakinlərə rəsmi vətəndaş email-ünvanları veriləcək

Bütün Xəbərlər
11:09 27.04.2011
3114

Həmin ünvanların köməyi ilə dövlət orqanları və vətəndaşlar arasında sənədlər, o cümlədən vergi bəyannamələri və müxtəlif bildirişlər mübadiləsi aparmaq mümkün olacaq.

Hakimiyyət nümayəndələrinin sözlərinə görə, yeni email sistemi özündə “dövlət institutları və vətəndaşlar arasında etibarlı və sürətli əlaqə kanalını” əks etdirəcək.

Email-ünvanların paylanılması prosesi cari ilin iyun ayında başlanıb, 2015-ci ilədək davam edcək. Hazırda servis beta-test mərhələsindədir.

Qeyd edək ki, sistem xüsusi olaraq Malayziya üçün lisenziyalaşdırılmış Microsoft Windows Live Hotmail platforması bazasında işlənib hazırlanır.

OXŞAR XƏBƏRLƏR