"Sakitcə oturdum və özümü inandırdım" - 695 bal toplayan Fatimə

"Sakitcə oturdum və özümü inandırdım" - 695 bal toplayan Fatimə
SOSİAL
15:09 28.07.2016
1256
Abdinli Fatimə Surxay qızı 1997-ci ildə Bakıda anadan olub. 
I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 695 bal toplayan Fatimə Abdinli Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasını seçib. Ailəsi Rusiya Federasiyasının Moskva şəhərində yaşadığı üçün 1-ci sinifdən 3-cü sinfə qədər Moskvada 1301 saylı məktəbdə oxuyub, sonra ailəsi ilə birgə Bakıya köçüb. 4-cü sinifdə Nərimanov rayonu 93 saylı məktəbdə təhsil alıb.
Milli.Az bildirir ki, Fatimə Abdinli 5-ci sinifdən İlyas Əfəndiyev adına Elitar gimnaziyaya qəbul olunub və 11-ci sinfə qədər burada təhsil alıb. Fatimə orta məktəbdə həmişə əlaçı oxuyub, bütün qiymətləri yüksək olub. Dediyinə görə, o, bütün fənnləri yaxşı oxumağa çalışıb, fərqləndirməyib. Birinci ixtisas qrupu üzrə sənədlərini ali məktəbə verməyə hazırlaşdığı üçün yuxarı siniflərdə daha çox texniki fənnlərə üstünlük verib. Onun I ixtisas qrupu üzrə qəbul imtahanlarında 695 bal toplaması da elə bununla bağlıdır. Öz istədiyi sahəyə vaxtında yönlənə bilib.
- Fatimə, sənin texniki fənnlərə marağının səbəbi nədir?
- Atam da texniki təmayüllü ali təhsil alıb. Onun da texniki fənnlərə marağı olub. Dəqiq deyə bilmərəm, meylimin bu fənnlərə olması bəlkə bu amillə bağlıdır. Amma məhz bu istiqamətə yönəlməyimin səbəbi texniki fənnlərə marağımın daha böyük olmasındandır. Əslində mən bədii ədəbiyyatı, xüsusilə rus şairi A.S.Puşkinin yaradıcılığını çox sevirəm. Onun "Yevgeni Onegin", "Kapitan qızı" və digər əsərlərini çox sevirəm
- Orta məktəbdə əla oxuyurdun?
- Bəli. əlaçı oxumuşam. Bütün fənnlərdən qiymətlərim yüksək olub. Eyni zamanda, məktəbdə debatlarda fəal iştirak edirdim həmişə. Sosial mövzular daha çox müzakirə edirdik. Hər zaman fəal olaraq belə müzakirələrə qatılırdım.
- İxtisas olaraq "Kimya mühəndisliyi"ni seçmək istəyirsən?
- Bəli. Mən BANM-in Kimya mühəndisliyi ixtisasını seçmişəm. Hansısa yeni bir formula yaratmaq, yenilik etmək, həmçinin elmi sahədə yeniliyə meylliyəm. Araşdırmaçı kimi tədqiqat aparmaq istərdim. "Kimya" mənim üçün çox maraqlıdır. Həmişə "Youtube"dan kimyəvi məhlullarla bağlı qısa filmlərə baxıram.
- İmtahan həyəcanı arxada qaldı... Necə keçdi imtahan və abituriyentlərə tövsiyən nədir?
- Məncə, uğur əldə etmək üçün oxumağa elə 1-ci sinifdən başlamaq lazımdır. Çünki sonradan proqramı çatdırmaq olmaz. Abituriyentlər oxumaqla yanaşı, istirahətə də meyl etməlidirlər. Beyin yorulmasın deyə kitabını götürüb hardasa açıq yerdə, məsələn, parkda oxuya bilərlər. İmtahandakı həyəcana gəldikdə isə, mən çalışırdım ki, həyəcan olmasın. Sakitcə oturdum və özümü inandırdım ki, bu qədər hazırlaşmışamsa alınacaq. Həm də valideynlərim, müəllimlərim - hamı mənə inanırdı. İmtahandan sonra cavablarımı müəllimimlə yoxladıq. "İngilis dili"ndən bir sualın cavabını səhv yazmışdım. İmtahandan çıxan kimi bildim ki, cavabımın biri səhvdir. Yoxlayanda həmin sualda səhv etdiyimi dəqiq bildim. 700 yığmamağımın səbəbini də bunda görürəm.
- Bakı Ali Neft Məktəbini seçməyin nə ilə bağlıdır?
- Biz orta məktəbdə oxuyanda Bakı Ali Neft Məktəbi təzə açılmışdı. 9-10-cu sinifdə düşündüm ki, yüksək bal toplamalıyam ki buraya daxil olum. Çünki burada tədris ən yüksək səviyyədədir, yeni olduğu üçün daha müasirdir. Amma burada təhsil almağın çətin olduğunu da bilirəm. Lakin bilirəm ki, bunun öhdəsindən gələ biləcəyəm, bütün mövzuları yaxşı oxuyacam. Burada tələbələr üçün yaradılan hər cür şərait məni cəlb edir. Məsələn, təhsilin ingilis dilində olması, kimya müəssisələrində istehsalat təcrübəsi keçmək mənə maraqlıdır. Təhsilimi həm də magistraturada davam etdirmək istəyirəm. /// bizimyol
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
16:45 25.05.2025
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
16:26 25.05.2025
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
16:05 25.05.2025
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
15:41 25.05.2025
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
15:29 25.05.2025
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
15:15 25.05.2025
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
14:54 25.05.2025
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
14:33 25.05.2025
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
14:21 25.05.2025
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
14:01 25.05.2025
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
13:49 25.05.2025
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
13:45 25.05.2025
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
13:36 25.05.2025
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
Zelenski Prezident İlham Əliyevi təbrik edib
13:20 25.05.2025
Zelenski Prezident İlham Əliyevi təbrik edib
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
13:17 25.05.2025
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
Pəncərə kənarında əyləşməyə görə əlavə pul? - AZAL-dan açıqlama
12:56 25.05.2025
Pəncərə kənarında əyləşməyə görə əlavə pul? - AZAL-dan açıqlama