Şakronun briqadasına polislər himayədarlıq ediblər

Şakronun briqadasına polislər himayədarlıq ediblər
DÜNYA
16:20 13.07.2016
1194
Hüquq-mühafizə orqanı əməkdaşlarına qarşı cinayət işi qaldırılıb.
Kriminal aləmdə Şakro Molodoy adı ilə məşhur olan avtoritet Zaxari Kalaşovun briqadasının əsasını sabiq hərbçilər təşkil edirdilər, briqadaya himayədarlığı isə polislər edirdi.
Bu barədə “Kommersant” yazır.
Nəşrin məluamtına görə, hüquq-mühafizə orqanı və FTX əməkdaşlarının Kalaşovun saxlanılması üzrə birgə həyata keçirdiyi xüsusi əməliyyata qədər bir neçə nəfər həbs edilib.
Belə ki, cari ilin yanvar ayında cinayət-axtarış şöbəsinin əməliyyatçısı İldar Şakirov və sahə müvəkkili Rinat Zinatulin saxlanılıb. İstintaqın versiyasına görə, onlar cinayətkarları öz həmkarlarından gizlədiblər. Polislərə qarşı Rusiya Cinayət Məcəlləsinin 293-cü maddəsi (“Səhlənkarlıq”) üzrə cinayət işi açılıb.
Növbəti saxlanılan şəxs Rusiya DİN Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin sabiq əməkdaşı Yevgeni Surjikov olub. Qeyd edilir ki, o, Molodoyun briqadası ilə mübarizə üzrə ixtisaslaşmışdı.
İdarə bağlanıldıqdan sonra isə o, kriminal avtoritetin nəzarətində olan əməkdaşlara rəhbərlik etməyə başlayıb. İyunda Surjikov həbs edilib, ona qarşı Rusiya CM 163-cü maddəsinin 3 bəndi üzrə ittham irəli sürülüb.
///Oxu.Az 
OXŞAR XƏBƏRLƏR