“Sağlam Qida” Könüllülərinin Qarabağ və Gəncə Forumu keçiriləcək

GƏNCLİK
15:16 03.09.2020
1060
Məlumunuzdur ki, cənab Prezident İlham Əliyev 2020-ci ili "Könüllülər ili” elan etmişdir. "Gənclərin Töhfəsi” İctimai Birliyi "Könüllülər ili” çərçivəsində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycanda yenidən sağlam qida istehsalçıları ilə qida könüllülərini bir araya gətirəcək "Sağlam Qida” Könüllülərinin Qarabağ və Gəncə Forumu layihəsini həyata keçirəcəkdir.

AZXEBER.COM xəbər verir ki, layihə rəhbəri Məhsəti Hüseynova bildirdi ki, layihənin keçirilməsinin əsas məqsədi insanların, xüsusilə də yeniyetmə və gənclərin qeyri-sağlam qidalanma nəticəsində düçar olduqları acımasız xəstəliklərdən xilas etmək, günü-gündən gəncləşən ölümlərdən xilas olmaq üçün zərərli vərdişlərdən çəkindirmək, onlarla mübarizə imkanlarının mümkünlüyü, sağlam qidalanma, qida təhlükəsizliyi və düzgün həyat tərzilə əlaqədar olaraq ətraflı şəkildə maarifləndirilməkdən ibarətdir.

Birliyin sədri Asim Vəliyevin sözlərinə görə layihə çərçivəsində 2 günlük Qarabağ və Gəncə Forumu keçiriləcək, qida təhlükəsizliyi və sağlam qidalanma mövzusunda 5 internet tv veriliş hazırlanacaq, həmçinin "Sağlam həyata addımla” adlı maarifləndirici kitab hazırlanaraq paylanılacaqdır. Forumda aidiyyəti üzrə qurumların rəsmi nümayəndələri və qida üzrə peşəkar mütəxəssislərin iştirakı ilə panel müzakirələr keçiriləcəkdir.

Panel müzakirələrdə "Qida təhlükəsizliyi milli təhlükəsizliyimizin tərkib hissəsi- çətinliklər, görülən işlər və hədəflər”, "Sağlam qida sağlam gələcəyin təminatıdır”, "Sağlam həyat tərzinin təbliğində könüllülüyün rolu” panellərində peşəkar mütəxəssislərin iştirakı ilə müzakirələr baş tutacaq, gənclərlə maraqlı diskusiyalar aparılacaqdır.

Nəzərinizə çatdıraq ki, "Gənclərin Töhfəsi” İctimai Birliyi 2019-cu ildə "Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumunun, 2020-ci ildə "Sağlam Qida” Könüllülərinin Şamaxı Forumunun təşkilatçısıdır.

OXŞAR XƏBƏRLƏR