Sağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır

Sağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır
SAĞLAMLIQ
03:43 07.10.2026
146
"Ürək sağlamlığı üçün yumurtanı bişirməyin ən faydalı üsulu onu suda qaynatmaqdır”.

Bu barədə kardioloq Kreyq Basman açıqlamasında bildirib.

Mütəxəssis izah edib ki, yumurta tamamilə suda bişirildikdə "pis” xolesterinin səviyyəsini qaldıran əlavə doymuş yağlardan istifadə olunmur.

Həkim suda bişmiş yumurtanı sevməyənlərə qayğanaq və ya omlet hazırlamağı tövsiyə edir. Lakin bu halda az miqdarda zeytun və ya avokado yağından istifadə etmək və yeməyi aşağı dərəcəli istilikdə bişirmək lazımdır.
 
///qafqazinfo///
OXŞAR XƏBƏRLƏR