Sağlamlıq imkanları məhdud gənclərin rəsm və əl işləri sərgisi keçirilib

GƏNCLİK
14:37 25.08.2014
2039

Filarmoniya bağının giriş hissəsində açıq havada Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə sağlamlıq imkanları məhdud gənclərin rəsm və əl işləri sərgisi keçirilmişdir.

Sərgidə, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində, yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya mərkəzində peşə hazırlıqları keçən gənclərin çəkdikləri rəsmlər və düzəltdikləri toxuma, ağac üzərində oyma və digər əl işləri nümunələri nümayiş olunmuşdur.

Sərgidə, həmçinin əlilliyi olan şəxslərin maddi vəziyyətlərinə yardım məqsədi ilə satış da təşkil olunmuş və satışdan əldə olunan vəsait onların özlərinə təqdim olunmuşdur. 

Sərginin koordinatoru Xədicə Əliyevadir.

OXŞAR XƏBƏRLƏR