Saleh Rüstəmli ilə görüşən həkim: "Sosial şəbəkələrdəki informasiyalar doğru deyil"

Saleh Rüstəmli ilə görüşən həkim: "Sosial şəbəkələrdəki informasiyalar doğru deyil"
SOSİAL
12:48 09.12.2021
954
Tanınmış həkim, professor Adil Qeybulla bir müddətdir ki, həbsxanada aclıq aksiyası keçirən Saleh Rüstəmli ilə görüşürək onu müayinə edib.

Adil Qeybulla AZXEBER.COM-a açıqlamasında Saleh Rüstəmlinin səhhəti haqda danışıb. 

Professor bildirib ki, aclığın bəzi izləri qalsa da, Saleh Rüstəmli özü gəzə, söhbət edə bilir:

"Bu gün əsas məqsəd Saleh Rüstəmlini oradan çıxarmaqdır. Mümkün qədər ona kömək etməkdir, gücümüz ona yönəlməlidir. Mən onu srağagün müayinə etdim və göstəricilərinə baxdım. Həyati göstəriclərinə stimul vermək üçün ona bir neçə gün əvvəl venadaxili dəstək müalicəsi başlanılıb. Təbii ki, keçirdiyi aclığın izləri onda qalıb, arıqlayıb, zəifləyib, amma çətin yerisə də, özü gəzir, oturur, söhbət edir. Mən ona aclığı dayandırmağı təklif etdim. Düzdür, biz onun iradəsinin əleyhinə gedə bilmərik. Digər tərəfdən mən ora onun ailə üzvlərinin xahişi ilə getmişəm və müayinə məqsədim də həkim kimi ona kömək etməkdir”.
 


Həkim onu da qeyd edib ki, sosial şəbəkələrdə Saleh Rüstəmlinin vəziyyətinin kritik olması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir:

"Sosial şəbəkələrdə gedən bəzi informasiyalar düzgün deyil. Məsələn, yazırlar ki, Saleh Rüstəmli çox kritik durumdadır və s. Bunlar doğru məlumatlar deyil. Düzdür, bu qədər aclıq edən adamdır, əgər ona o dəstək olmasaydı, o, çoxdan komaya düşə bilərdi. Bunu da nəzərə almaq lazımdır. Bu qədər müddət aclıq edən adam ayaq üstə gəlib həkimlə görüşə bilirsə, deməli burada hansısa dəstək var. Bütün bunları nəzərə almaq lazımdır. Bu proses gedir, ümid edirəm ki, bizim təkrar görüşümüz olacaq və sonra ilk növbədə onu həyatda tutmaq üçün əlimizdən gələni etməliyik və mən burada tibbi aspektləri nəzərdə tuturam”.
 
Aydın Nuri 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu şagirdlər pulsuz məktəbli formaları alacaq
14:45 08.07.2025
Azərbaycanda bu şagirdlər pulsuz məktəbli formaları alacaq
Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib
14:28 08.07.2025
Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib
Peskov: Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik
14:20 08.07.2025
Peskov: Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik
Bu hallarda xəbərdarlıq edilmədən qaz kəsilməyəcək
13:48 08.07.2025
Bu hallarda xəbərdarlıq edilmədən qaz kəsilməyəcək
Binədə qadının evindən 10 kq narkotik çıxdı - Video
13:33 08.07.2025
Binədə qadının evindən 10 kq narkotik çıxdı - Video
AccessBank Lənkəran filialının damının əsaslı təmiri üzrə tender elan edir
13:11 08.07.2025
AccessBank Lənkəran filialının damının əsaslı təmiri üzrə tender elan edir
Sabah yağış yağacaq
13:03 08.07.2025
Sabah yağış yağacaq
DTX məlumat yaydı - Videomüşahidə kameralarına kibermüdaxilələrin qarşısı alınıb
13:01 08.07.2025
DTX məlumat yaydı - Videomüşahidə kameralarına kibermüdaxilələrin qarşısı alınıb
Türkiyəli iş adamı məşhur iqamətgah üçün 26 milyon ödədi
12:33 08.07.2025
Türkiyəli iş adamı məşhur iqamətgah üçün 26 milyon ödədi
Sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq
12:10 08.07.2025
Sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq
Kazino oyunlarının təşkilatçılarına dair qayda müəyyənləşir
11:57 08.07.2025
Kazino oyunlarının təşkilatçılarına dair qayda müəyyənləşir
MM QHT-lərlə bağlı yeni cərimələri son oxunuşda qəbul etdi
11:56 08.07.2025
MM QHT-lərlə bağlı yeni cərimələri son oxunuşda qəbul etdi
Əhməd İsmayılov: Medianın peşəkarlığının artırılması informasiya siyasətinin prioritetlərindəndir
11:50 08.07.2025
Əhməd İsmayılov: Medianın peşəkarlığının artırılması informasiya siyasətinin prioritetlərindəndir
Rusiyalı məşhur müğənni Burak Özçivit ilə - FOTO
11:47 08.07.2025
Rusiyalı məşhur müğənni Burak Özçivit ilə - FOTO
Bank Respublika Beyləqanda yeni filialını açdı - FOTOLAR
11:46 08.07.2025
Bank Respublika Beyləqanda yeni filialını açdı - FOTOLAR
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqlədi
11:41 08.07.2025
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqlədi