Şalıq evindən içərisi pulla dolu seyf oğurlandı

Şalıq evindən içərisi pulla dolu seyf oğurlandı
Bütün Xəbərlər
12:11 17.07.2012
1133
Azərbaycan Sumqayıt şəhərində şadlıq evindən külli miqdarda pul oğurlanıb. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.Hadisə ötən gecə qeydə alınıb. Sumqayıt şəhərində fəaliyyət göstərən “Ramiz” şadlıq sarayına pəncərədən daxil olan naməlum şəxslər oradakı seyfi oğurlayıblar. Seyfdə olan pulun məbləği barədə dəqiq məlumat verilmir. Şadlıq evinin sahibi polisə verdiyi ifadəsində seyfdə külli miqdarda pulun olduğunu bildirib.Hazırda polis oğurluğu törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirləri davam etdirir.
OXŞAR XƏBƏRLƏR