Yunanıstanın Saloniki şəhərində çoxmənzilli binanın girişi yaxınlığında baş verən güclü partlayış nəticəsində iki nəfər yüngül xəsarət alıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə "ERT News” ictimai televiziyasının portalı məlumat yayıb.
Polis terror aktı versiyasını araşdırır, çünki həmin binada Ümumyunanıstan İslah Müəssisələri İşçiləri Federasiyasının sədri və Diavata həbsxanasının mühafizə rəisi yaşayır.
"Şənbə günü səhər saat 2:10-da yaşayış binasının birinci mərtəbəsində güclü partlayış baş verib. Nəticədə iki nəfər şüşə qırıqlarından xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Hadisəyə partlayıcı qurğunun partlaması səbəb olub", - polis qeyd edib.
Partlayış nəticəsində yaşayış binasına və qonşu binalara, avtomobillərə və mağazalara ziyan dəyib.
///"Report”