“Qafqazinfo”nun gazeta.ru-ya istinadən məlumatına görə, növbəti belə “şalvar çıxarma” flashmobu Rumıniyanın paytaxtı Buxarestdə baş tutub.
Aksiyada şalvarlarını çıxararaq metroya düşən insanlar üzlərində təlaşsız, sadə ifadə yaradırlar.
“No Pants” flashmobu 2002-ci ildə Nyu-Yorkda sosial troll kimi meydana gəlib. Onun arxasında hər hansı xüsusi ideyalar dayanmır. Aksiya təşkilatçılarının özləri isə bu aksiyanı belə xarakterizə edirlər:
““Şalvarsız metro gəzintisi” ağılsızlığın beynəlxalq bayram edilməsidir”.





