Salyan rayonunda 49 yaşlı kişi naməlum şəraitlə qətlə yetirilib

Salyan rayonunda 49 yaşlı kişi naməlum şəraitlə qətlə yetirilib
Bütün Xəbərlər
17:26 04.03.2014
929
Azərbaycanın Salyan rayonunda qətl hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qaraçala kəndində qeydə alınıb.
Rayon sakini, 1965-ci il təvəllüdlü Xəlilov Aydın Rafiq oğlu bir neçə bıçaq zərbəsi ilə naməlum şəraitdə qətlə yetirilib.
Hadisə şahidlərinin bildirdiyinə görə, mərhumla qara rəngli JEP-də olan naməlim şəxslər arasında mübahisə olub, həmin şəxslər onu bıçaqla vurandan sonra maşından yerə atıblar.
Faktla bağlı Salyan rayon Prokurorluğunda cinayət işi başlanıb.
Salyan Rayon Polis Şöbəsində qətli törədənlərin tapılması istiqamətində əməliyyat tədbirləri görülür.
OXŞAR XƏBƏRLƏR