Salyanda 18 yaşlı əsgərimiz özünü asdı

Bütün Xəbərlər
13:47 22.11.2010
2235

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Salyanda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Şəmkir Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Pərviz Gözəlov hərbi hissədə özünü asıb.

Mərhumun özünə qəsd etməsinin səbəbləri barədə hələlik heç bir məlumat yoxdur. 

1992-ci il təvəllüdlü P. Gözəlov 2010-cu ilin aprelində hərbi xidmətə çağırılıb. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumata münasibət öyrənmək mümkün olmayıb.

OXŞAR XƏBƏRLƏR