Salyanda 5 kiloqram narkotik vasitə aşkarlandı

Salyanda 5 kiloqram narkotik vasitə aşkarlandı
SOSİAL
12:54 03.06.2026
191
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Fikrət Abbasov saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, ondan 5 kiloqrama yaxın narkotik vasitə olan marixuana və tiryək aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə F.Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR