Salyanda 500 fəhlənin tətili davam edir

Salyanda 500 fəhlənin tətili davam edir
Bütün Xəbərlər
12:04 18.10.2011
1687

Salyan rayonunda hüquqları pozulan yüzlərlə işçi etiraz aksiyası davam edir. AZXEBER.COM-un məlumatına görə, bu məlumatı “Yeni Müsavat”a “Demokratiyaya yardım” İctimai Birliyinin sədri Emil Məmmədli verib.

Təşkilat sədrinin sözlərinə görə, etiraz aksiyası hələ də davam edir və rəhbərliyin reaksiyası gözlənilir: “Bildiyiniz kimi, Salyanda 500 fəhlə haqsızlığa, maaşlarının azlığına etiraz olaraq tətilə çıxıb. Ələt-Astara yolunun çəkilişini həyata keçirdən ”Todini" şirkəti işi dayandırıb. Fəhlələr rəhbərliyə 10 gün vaxt verib ki, onların problemləri araşdırılsın". Qeyd edək ki, Salyanda 500 fəhlə əmək haqqının az olmasına etiraz əlaməti olaraq tətilə çıxıb. Buna görə strateji əhəmiyyətli Ələt-Astara yolunun çəkilişi dayandırılıb.

OXŞAR XƏBƏRLƏR