Salyanda ağır qəza bir nəfərin ölümünə səbəb olub

Salyanda ağır qəza bir nəfərin ölümünə səbəb olub
HADİSƏ
10:11 26.04.2026
273
Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə Salyan rayonunun Şorsulu kəndi ərazisində baş verib.

Belə ki, "VAZ” markalı minik avtomobili yol kənarında dayanmış "Qazel” markalı yük avtomobilinə çırpılıb.

Qəza zamanı "Qazel”-in yanında olan kənd sakini, 1986-cı il təvəllüdlü Feyzullayev Ruslan Mərdan oğlu iki avtomobilin arasında qalaraq ağır xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib. Piyada aldığı ağır xəsarətlərdən ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 
apa
OXŞAR XƏBƏRLƏR