Salyanda çayda batan azyaşlının meyiti tapılıb

Salyanda çayda batan azyaşlının meyiti tapılıb
Bütün Xəbərlər
10:22 02.09.2015
749

Azərbaycanın Salyan rayonunda çayda batan azyaşlınınmeyiti tapılıb.

AZXƏBƏR.COM xəbər verir ki, APA-nın  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Salyan rayonu, Şorsulu kəndində çayda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2500 m aralı, nəzarətsiz ərazidə) 1 nəfərin suda batması haqqında məlumat daxil olub.

Salyan sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən 2008-ci il təvəllüdlü Rzayev Lazim Ayət oğlunun cəsədi sudan tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR