Salyanda faciə: Yanan avtomobili söndürən şəxsləri maşın vurdu, ölən və xəsarət alan var

Salyanda faciə: Yanan avtomobili söndürən şəxsləri maşın vurdu, ölən və xəsarət alan var
HADİSƏ
10:06 21.02.2026
274
Salyan rayonunda yanan avtomobili söndürən iki nəfəri maşın vurub, biri ölüb, digəri xəsarət alıb.

AZXEBER.COM "Report"a istinadla xəbər verir ki, hadisə Ələt-Astara magistralında qeydə alınıb.

Belə ki, yanan avtomobili söndürmək üçün iki nəfər köməyə gəlib. Bu zaman digər nəqliyyat vasitəsi onları vurub. Avtoqəza nəticəsində bir nəfər hadisə yerində ölüb, digəri, Salyan rayonunun Xocalı kənd sakini, 1989-cu il təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmin şəxs Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR