Salyanda hamamda qızdırıcı partladı: 13 yaşlı yeniyetmə yaralandı

Salyanda hamamda qızdırıcı partladı: 13 yaşlı yeniyetmə yaralandı
SOSİAL
21:48 07.05.2022
367

Salyan rayonunda 13 yaşlı yeniyetmə hamamda yanıq xəsarətləri alıb.

"Report”un Muğan bürosunun məlumatına görə, hadisə Salyan şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Salyan şəhər sakini, 2009-cu il təvəllüdlü Ə. Manafov hamamda su qızdırıcının partlaması nəticəsində yanıq xəsarətləri alıb.

Yaralı rayon xəstəxanasına gətirilib. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR